Ginekologiya- tibbin qadın orqanizmi, cinsiyyətsistemi və reproduktiv funksiyasını öyrənən, qadın xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan sahəsidir.
Ginekoloji sağlamlıq sadəcə nəsilartırma qabiliyyəti deyil, ümumilikdə qadın sağlamlığıdır.Bunun üçün də, ginekologiya sahəsi təkcə reproduktiv sistemin xəstəliklərinin müalicəsi ilə deyil,qadının hərtərəfli sağlamlığı ilə məşğul olur.
Muğan klinikanın Ginekologiya şöbəsində funksional (USM, endoskopik, koloposkopik, rentgen müayinələr), laborator (bakterioloji, immunoloji, hormonal müayinələr), geniş diaqnostik müayinə və müalicələr aparılır.
Hər bir qadın müxtəlif ginekoloji onkoloji xəstəliklərin, mastopatiyaların qarşısını almaq, sağlam övlad dünyaya gətirmək üçün mütəmadi şəkildə ginekoloq müayinəsindən keçməlidir.
GİNEKOLOGİYA ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Cinsi yollakeçən infeksion xəstəliklər
İltihabi xəstəliklərin bütün spektri
Uşaqlıq boynu patologiyası
Endokrinologiya (neyroendokrin ginekoloji xəstəliklər)
Menopauza
Döş vəzilərinin patologiyası
Alqodismenoreya, dismenoreya
Hamiləliyin aparılması
Hamiləliyin pozulmaları