Tibbi kart

Əldə etdiyiniz;


Ödənişsizlik-Cashback-Bonus-Sale-Company

• Tibb kartı, Muğan klinika regional tibbi diaqnostika mərkəzində qeydiyyatdan keçən pasiyentlərə məxsus “Tibbi tarixçə” kartıdır.

• Tibb kartı, Muğan klinika regional tibbi diaqnostika mərkəzində qeydiyyatdan keçən pasiyentlrin laborator müayinələrə görə ödənişlərin bonus, endirim və cashback qismində istifadə hüququ verir.


ÜSTÜNLÜKLƏRİ
Kart sahibinə;

• illik dövriyyədən asılı olaraq, ödədiyi məbləğin 5% cashback kimi Tibb kartına əlavə olunur.


• illik dövriyyədən asılı olaraq, ödədiyi məbləğin 5% i bonus kimi Tibb kartına əlavə olunur.

• illik dövriyyədən asılı olaraq, ödədiyi məbləğin 5% i endirim kimi Tibb kartına əlavə olunmadan yerində endirim əldə oluna bilər

• illik dövriyyədən asılı olmayaraq müxtəlif tibbi kompanyalarda iştrak hüququ verir.



İSTİFADƏ QAYDALARI VƏ ŞƏRTLƏR
• Kart fərdi olduğu üçün başqa şəxs tərəfindən istifadə edilə bilməz.

•Ailə üzvlərinin sahib olduğu “Tibbi kart” larından bir neçəsinin və ya hamsının bonusu cəm şəklində Ailə kartında toplana bilər və kart yiyəsinin iştrakı ilə məxaric olunur


• Bonusların və cashback aktivləşməsi üçün kart sahibi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
• Toplanan bonusları CHECK-UP və ya digər tibbi müayinələrdən keçən zaman istifadə etmək mümkündür.
• Pasiyent xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə ödəyə bilər.
• Kartda olan bonus xidmət ödənişindən çox olarsa, bonusların digər hissəsi balansda qalır. Qalan bonusları növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar.
• Bonus, Cashbach,endirim, kompaniya və hədiyyə analizlərdən yalnız şəxsiyyəti təsdiq edən sənədlə istifadə etmək mümkündür.
• Kart sahibinin istəyindən asılı olaraq toplanan bonusları birdəfəlik və ya hissə-hissə istifadə etmək olar.
• Tibb kartı itən zaman kart sahibi şəxsiyyətini təsdiq edən sənədlə Muğan klinika regional tibbi diaqnostika mərkəzi yaxınlaşaraq ödənişli şəkildə kartını bərpa edə bilər.
• Bərpa edilən yeni kartda kart sahibinin Muğan klinika regional tibbi diaqnostika mərkəzində keçdiyi bütün müayinələrin tibbi tarixçəsi və bonuslar əks olunur.
• Şərtlər və kartla bağlı dəyişiklik etmə hüququ Muğan klinika regional tibbi diaqnostika mərkəzinə məxsusdur.