Rentgenoqrafiya - bir çox xəstəliklərin diaqnostikası və monitorinqində istifadə olunur. Rentgenoqrafiya ağ ciyər xəstəliklərinin rutin müayinəsidir. Bu cihaz vasitəsi ilə rentgen şəkillər və CD disk əldə etmək olur. Bundan başqa skeletin travmalarında, sınıqlar və çatların aşkar edilməsində, həmçinin onurğanın müxtəlif nahiyyələrinin degenerativ dəyişikliklərinin, destruktiv ya da litik törəmələrin aşkar edilməsində istifadə olunur. Eyni zamanda anadangəlmə skelet patologiyalarında geniş tətbiq olunur.Rəqəmsal Rentgen (Digital X-ray) cihazımız ilə Radiologiya şöbəmiz sizə daha da peşəkar xidmət göstərməyə hazırdı! Sadəcə Nəsimi filialında tətbiq olunan rəqəmsal Rentgenin (Digital X-ray) digər rentgen cihazlarından üstünlükləri:
Həmçinin Rəqəmsal rentgen vasitəsi ilə orta rentgenoqram (tam onurğa və tam aşağı ətraf rentgeni), mədə-bağırsaq traktının rentgeni, Histerosalpinoqrafiya (uşaqlıq borularının rentgen müayinəsi) mümkündür.