Cərrahiyyə şöbəsi
Icbari Tibbi Sığorta və sığortadan kənar əməliyyatlar
İCBARİ TİBBİ SIĞORTA İLƏ XİDMƏTLƏRİMİZ
SĞORTADAN KƏNAR ƏMƏLİYYATLAR( BİR KARTDAN YARALANA BİLƏRSİNİZ)
Stasionar - Klinikaının əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla yanaşı 3 əməliyyat otağını özündə birləşdirir. Bunlardan 1-i ümumi cərrahiyə, 2-si isə digər əməliyyatları üçün nəzərdə tutlmuşdur.
Klinikanın ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat blokunun olması, cərrahların Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçməsi, əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin ən müasir cihazlar vasitəsi ilə aparılması, əməliyyatların video məlumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.
Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar həyata keçirilir –ümumi cərrahiyyə, uroloji, ginekoloji,plastik , burun-qulaq-boğaz , travmatologiya və ortopediya, oftalmoloji, mədə-bağırsaq (proktoloji) cərrahiyyəsi, yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi və sairə. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı həyata keçirilən anestezioloji xidmətlər ən müasir beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, televizor, kiçik soyuducu,fasiləsiz internet,süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında yeməkləri verilir, yəni xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində qalır.
Bir çox əməliyyatlarda İcbari Tibbi Sğorta və Bir Kart keçərlidir
Ambulator-cərrahi əməliyyat həyata keçirildikdən sonra xəstəxanada gecələməsini tələb etməyən əməliyyatlara aiddir. Bir günlük əməliyyatlar adlanır, insanların əksəriyyəti ambulator əməliyyatdan bir neçə saat sonra evlərinə gedir, digər üstünlük isə müalicə xərclərini aşağı salmasıdır. Xəstəxanada yatmaq baha və çətin ola bilər.Bununla birlikdə, ambulator cərrahi müdaxilələrin əksəriyyəti, ümumi tədbirlərlə bu cərrahi əməliyyatın son dərəcə təhlükəsiz olduğu qənaətinə gəlir.
Bir çox əməliyyatlarda İcbari Tibbi Sğorta və Bir Kart keçərlidir